“Christie’s” satış evi mayın 17-də hərraca çıxarılacaq 250 zinət əşyasından ibarət kolleksiyasını Cenevrədə nümayiş etdirib.
Azərtac xəbər verir ki, “Bemer və Bassanj” zinət evinin hazırladığı “Əfsanə” brilyantı ilə bəzədilmiş mirvari boyunbağı kolleksiyanın ən bahalı nümunəsidir.
Satış evinin nümayəndəsi Jan-Mark Lünel ürək formasında hazırlanan 92 karatlıq brilyantı təxminən 14-20 milyon dollar həcmində qiymətləndirir.
“Əfsanə” brilyantı indiyədək hərraca çıxarılan bu qəbildən olan ən böyük qiymətli daşdır.
Hərracın əsas lotlarından biri də 15 karatlıq Birma yaqutu və brilyantlarla bəzədilmiş üzükdür. Mütəxəssislərin fikrincə, onun qiyməti 15 milyon dollaradək yüksələ bilər.