Unudulmaz sonetlər necə yaranırdı və ya Şekspir nə çəkirdi? - SENSASİYALI TAPINTI

Unudulmaz sonetlər necə yaranırdı və ya Şekspir nə çəkirdi? - SENSASİYALI TAPINTI backend

Vilyam Şeksprin Stratford-apon-Eyvondakı malikanəsinin bağında marixuana və koka yarpaqlarının qalıqları olan qəlyan tapılıb.

Bunu Şekspir institutunun icazəsi ilə alimlər xüsusi qaz analizi vasitəsilə müəyyənləşdirə biliblər. Bu, dahi dramaturqun öz pyeslərini narkotik vasitənin təsiri ilə yazdığını sübut edirmi?

Cənubi Afrika Respublikasından olan paleontoloq Frensis Tekkereyin başçılığı ilə alimlər komandası Şeksprin qəlyanınının hissələrini analiz ediblər. 24 qəlyandan 8-də marixuana, ikisində koka yarpaqlarının izləri, qalanlarında tütün aşkarlanıb. Araşdırmanın nəticələri "South African Journal of Science" elmi jurnalında dərc olunub.

Bu tapıntı nəyə görə sensasiyalıdır? Əvvəllər XVII əsrdə yalnız tütünün müxtəlif növündən istifadə edildiyi məlum idi. Lakin marixuana və kokaindən istifadə haqda heç bir sübut yox idi. İki qəlyanda koka yarpaqlarının izlərinin aşkar edilməsi ilə bağlı aparılan kimyəvi analizin nəticəsi alimlərə bu narkotik vasitədən hələ XVII əsrdə İngiltərədə istifadə edildiyi qənaətinə gəlməyə imkan verdi.

Güman edilir ki, koka yarpaqlarını Perudan İngiltərəyə Frensis Dreyk gətirib. Yelizaveta zamanında marixuana və koka yarpaqlarından tütün kimi istifadə olunub. Şeksprin sonetlərindən birində "yaradıcılıq enerjisini stimullaşdıran alaq otu"nun xatırlananması da bu faktı kökündən təsdiq edir.


Vilyam Şekspir


Koka yarpaqları


Vilyam Şeksprin Stratford-apon-Eyvondakı ev-muzeyi

Arzu Səlim


Diaspora