Alimlər bəşəriyyətin və canlı həyatın yaranmasına dair yeni iddia ilə çıxış ediblər.
"Ölkə.Az" xəbər verir ki, alimlər Qərbi Avstraliyanın isti mənbələrində ən qədim həyat nişanələri tapıblar. Bu kəşf evolusiya biologiyasının ən vacib suallarından birinə cavab verə bilər. Görəsən ilk canlı həyat okeanın dərinliklərində yoxsa qurudakı su mənbələrində yaranıb?Tapıntının yaşı 3.48 milyard ildir. Bu kəşf mikrobların isti su mənbələrində əvvəlcə düşünüləndən də qədim dövrdə yaşadığını sübut etməklə yanaşı quruda mikrob həyatını sübut edən ən qədim əşyayi-dəlildir. Afrikada tapılan mikrobun isə 2.7-2.9 milyard il yaşı var.
Tədqiqatın nəticəsinə əsasən, opaldan ibarət qeyzerit qatı tapılıb. Qeyzerit əsasən isti su mənbələri və qeyzerlərin çıxışında rast gəlinir. Bu isə o deməkdir ki, həyat qurudakı su mənbələrində yarana bilərdi.