Almaniyada 1690 illik şərab tapılıb

Almaniyada 1690 illik şərab tapılıb backend

Yarımlitrlik şərab butulkası uzaq 1867-də alman şəhəri Şpayerdə romalı aristokarat və arvadının dəfn edildiyi ərazidə qazıntı işləri aparılarkən tapılıb.

Ekspertlər müəyyən edib ki, şərab təxminən eramızın 325-ci ilində istehsal olunub. Bu da o deməkdir ki, içki olan butulkanın təxminən 1690 yaşı var.

Qabda olan maye xüsusi çalara və qatılığa malikdir.

Artıq butulkadakı mayenin tamamilə şərab olduğunu demək olmaz. Tədqiqatın nəticələri belə qənaətə gəlməyə imkan verir ki, butulkadakı maye əvvəlcə şərab olub. Lakin indi onun tərkibi alkoqollu içkinin tərkibindən fərqlidir.Şərabdakı etanol tamamilə buxarlanıb.

Qaziler.az
Diaspora