Kosmik teleskop olan “xabl” fəzaya buraxılmasının 25 illiyini qeyd edir. Bu ambisiyalı layihənin reallaşması bir neçə il uzanıb, NASA bu layihəyə nəzərə tutulandan daha çox xərc çəkib. Fəzaya buraxılandan sonra yenə problemlər yaranmasına baxmayaraq , layihə uğurla başa çatıb. Misal üçün, onun bəzi “kosmik” texnologiyaları bu gün mobil telefonların kameralarında istifadə olunur.
-Teleskop bizim ümidlərimizi aşdı -həm elmi sahədə, həm də mədəniyyətə və cəmiyyətə bu proqram güclü təsir etdi. NASA-nın pilot proqramlarını nəzərə almasaq, bu, ən böyük uğurlarından biridir, - deyə layihənin iştirakçısı Kennet Karpenter bildirir.Teleskop Astronom və fizik Edvin Xabblın şərəfinə adlandırılıb.O, ayrı qalaktikaların mövcud olduğunu və bütün kainatın geniş olduğunu təsdiqləyirdi.
Teleskop öz “xaç atasının” bir çox nəticələrini dəqiqləşdirməyə və sübut etməyə kömək etdi.
25 il ərzində aparat yerə 10 minə yaxın ulduzun, dumanlı galaktikanın rəsmlərini çəkib göndərib.