Durnabalığı tərpənən nə varsa ona hücum edir.
Bu amansız yırtıcının qarnından nə tapmaq olmaz? Bu balığın mədəsində mətbəx alətləri - bıçaqlar, qaşıqlar, çəngəllər və hətta metal balıqtəmizləyən də olur.Durnabalığı kiçik balıqlardan başqa, qurbağalarla, bəzən xırda ördəklə qidalanır.
Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, bu dəfə balıqçılar Çin ilə sərhəddə, Zaysan gölündən bir neçə durnabalığı ovlayıblar. Bir balığın qarnından, videoda göründüyü kimi üzük çıxıb. Bax, bu, uğurdur!