Bəziləri prezidentlərin, bəziləri isə tanınmış şəxslərin olan belə retro avtomobillər indi muzeylərdə saxlanılır.
Rusiyadakı əməkdaşımız Şəhriyar İmanbəyli Moskavadakı retro avtomobillər sərgisində olub.Lüks salonlar, qalın zirehlər və güclü mühərriklər. Ötən əsrin ən yaxşı avtomobilləri Moskvada nümayiş etdirlir.
Bir vaxtların ən konfortlu maşınları hesab edilən bu avtomobillər prezidentlərin, tanınmış şəxslərin və milyonçularin seçimi olub. əksəriyyəti isə ssr-ni rəhbər şəxslərinin maşınları olub.
Təkcə bizim çəkiliç apardığımız yerdə Stalinin, Yelçinin Və Qarbaçovun maşınlarını görmək olur.
Zavodlardan məhdud sayda çıxan avtomobillər bəzi xüsusi sifarişlərlə bir və ya maksimum iki ədəd olaraq buraxılırdı.
Zil istehsalı olan "Raisa" adlı gördüyünüz bu maşın da Qrabaçovun xanımı Raisa Qarbaçova üçün istəhsal edilmiş yeganə avtomobildir. Lakin Raisa Qarbaçova onun adını daşıyan bu avtomobili bəyənməyib.
Retro avtomobillər sırasında hələ o vaxtın kosmonavtlar üçün istehsal edilmiş maşınları da görmək olur. Suda və quruda rahat hərəkət edə bilən xüsusi təyinatlı bu maşınlar kosmonavtların uçuş sonrası xilası və axtarışı zamanı istifadə edilib.
Böyük həssaslıqla qorunub saxlanılan bu avtomobillərin əksəriyyətii işlək vəziyyətdədir.