Siz rənglərdən istifadə edərək özünüzü və ətrafınızdakı insanları daha xoşbəxt edə bilərsiniz.
Bir çox araşdırmaçılar tərəfindən rənglərin insan psixologiyasına təsiri sübut edilmiş bir həqiqətdir. Siz də rənglərdən istifadə edərək özünüzü və ətrafınızdakı insanları daha da xoşbəxt edə bilərsiniz. Bunun üçün əvvəl rənginizi təyin etməlisiniz. Sizin rənginiz hansıdır?Qırmızı
Qırmızı, həm qadınlarda, həm də kişilərdə cazibədarlıq səviyyəsini artıran bir rəngdir. Əgər daha cazibədar bir görünüş əldə etmək istəyirsinizsə, qırmızı rəngdən və çalarlarından istifadə edə bilərsiniz.
Mavi
Mavi, sakitləşdirici rəngdir. Əgər stresli bir quruluşunuz varsa, mavi rəngdən və çalarlarından daha çox istifadə etməlisiniz. Göy rəngi düşünün, nə qədər dinclikvericidir, deyilmi?
Sarı
Sarı rəngin insanlarda oyandırdığı xoşbəxtlik duyğusu araşdırmalar nəticəsində sübut edilmişdir. Sarı rəngdən istifadə etmək sizə enerji verəcək. İşə özünüzə sarı bir diş fırçası almaqla başlaya bilərsiniz.
Çəhrayı
Çəhrayı də mavi kimi sakitlik hissi oyandıran rəngdir. Əgər özünüzü əsəbi, gərgin hiss edirsinizsə, əlinizin altında çəhrayı rəngli bir əşya saxlayın. Ya da çəhrayı pomadadan istifadə edə bilərsiniz.
Yaşıl
Aparılan araşdırmalar nəticəsində məlum olmuşdur ki, yaşıl rəngi görən insanlar digər vaxtlara nisbətən özlərini daha yaradıcı hiss edir və öz işlərində daha bacarıqlı olurlar. Əgər siz də iş masanıza məsələn, yaşıl bir şam və ya gül qoysanız, beyin gücünüzün artmasına köməkçi olarsınız.
Qaziler.az