"Facebook" şirkəti 2016-cı ilin son rübü və ümumilikdə il əzində əldə olunan gəlirlər haqqında hesabat hazırlayıb.
Son rübdə "Facebook"-un gəlirləri 8.8 milyard dollar təşkil edib ki, bu da ötən illə müqayisədə 51% artım deməkdir. Son rüb ərzində təmiz gəlir 3.57 milyard dollar təşkil edib.Rüblük gəlirin çox hissəsi reklam gəlirlərinin payına düşür. Bu seqmentdə qazanılan gəlirin həcmi 3,59 milyard olub. Reklam gəlirinin 69 faizi mobil reklamın payına düşür.
Gündəlik aktiv istifadəçi sayı 18% artaraq 1.23 milyard nəfərə çatıb. Bunlardan 1.15 milyard mobil tətbiq istifadəçiləridir.
"Facebook" 212 milyard dollar kapitallaşmaya (NASDAQ) malik dünyada ən böyük sosial şəbəkədir. Şirkət 2004-cü ildə Mark Zukerberq tərəfindən təsis edilib./metbuat.az