Makron Fransa prezidenti seçilərsə birinci xanım onun məktəbdəki müəllimi olacaq - FOTOLAR

Makron Fransa prezidenti seçilərsə birinci xanım onun məktəbdəki müəllimi olacaq - FOTOLAR backend

Fransada prezident seçkilərinin birinci turu hay-küylə başa çatdı. İndi ölkədəki birinci kreslo uğrunda Emmanuel Makron və Marin Le Pen mübarizə aparacaq.

Politoloqların rəyinə görə, ikinci turda keçmiş iqtisadiyyat naziri Makron qalib gələcək. Əgər belə olarsa Fransada ən qeyri-adi birinci cütlük olacaq.

1. Emmanuel Makronun 39, onun xanımı Bricit Tronyenin 64 yaşı var.



2. 16 yaşlı Emmanuel məktəbdə oxuyarkən fransız dili müəllimi olan Bricitə aşiq olub.



3. Emmanuel and içir ki, onunla evlənəcək. Lakin müəllimə ilk əvvəl ona inanmır.



4. Sonda o, gələcək siyasətçinin etirafları qarşısında dayana bilmir. Ancaq sevgililər öz münasibətlərini uzun müddət gizli saxlayırlar.



5. Yalnız 2007-ci ildə, yəni Emmanuelin 30 yaşı olanda Bricit ona ərə getməyə razılıq verir.



6. Qadının birinci nikahından üç övladı və 7 nəvəsi var.



7. İndi o müəllimlik etmir, ərinə siyasətdə kömək edir.



8. Emmanuel Bricitin uşaqları ilə dostluq edir. Onlar demək olar ki, həmyaşdırlar.



9. Fransada prezident seçkilərinin ikinci turu mayın 7-də keçiriləcək.



Arzu Səlim

Qaziler.az
Diaspora