Yediyi qurbağalar zəhərli olduğuna görə öldü

Yediyi qurbağalar zəhərli olduğuna görə öldü backend

Cənubi Koreyada 57 yaşlı kişinin yediyi qürbağalar zəhərli olduğuna görə həyatını itirib.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, quru qurbağasını su qurbağası zənn edərək yeyən 57 yaşındakı kişi həyatını itirib. Polis idarəsindən həmin şəxsin özü tutduğu və restoranda saxladığı 5 qurbağadan hazırlanan yeməyi dostları ilə yediyi açıqlanıb. Həmin şəxs aparıldığı xəstəxanada həyatını itirib.

Onunla yemək yeyən dostlarında da eyni simptomlar baş verib, lakin onların həyati təhlükəsinin olmadığı bildirilir.
Diaspora