Hər şey Bəşər Əsədin ölümü ilə başlanacaq.
Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, özünü Allahın elçisi adlandıran öncəgörücü Qoratsio Vilyeqas iddia edir ki, III Dünya Müharibəsi İsa Məsihin anası Həzrəti Məryəmin Portuqaliya kəndində zühur etməsinin yüzüncü ildönümü ilə eyni vaxtda başlayacaq.Vilyeqas deyir ki, Donald Tramp müharibəni 13 mayda Məryəmin Portuqaliya kəndi Fatimada 1917-ci ildə zühur etməsinin 100-cü ildönümü ilə eyni vaxtda başlayacaq.
Ekstrasensin bildirdiyinə görə, müharibədə ABŞ, Rusiya, Çin və KXDR iştirak edəcək.
Beynəlxalq münaqişə 6 ay çəkəcək, çünki İsanın anası kənddə 13 oktyabrda sonuncu dəfə görünərkən bildirib:
"Müharibə qurtaracaq və əsgərlər tezliklə evlərinə qayıdacaqlar".
Vilyeqas iddia edir:
"Əsas odur ki, insanlar bilsin və hazır olsunlar: 2017-ci ilin 13 mayından 13 oktyabrına qədər müharibə olacaq. Bu müharibə çoxlu dağıntı, ölüm və mərhumiyyətlər gətirəcək".
Onun sözlərinə görə, müharibəyə səbəb Suriya prezidenti Bəşər Əsədin 13 aprel və 13 may arasındakı ölümü və Şimali Koreyadakı hadisə olacaq.
KİV əvvəllər yazmışdı ki, Vilyeqas Trampın qələbə çalacağını hələ 2015-ci ildə bildirmişdi.