Bəzi zinət əşyaları öz sahiblərinə yalnız sevinc deyil, saysız-hesabsız bədbəxtlik də gətirib.
1. Göy brilyant "Ümid"
Əfsanəyə görə, göy brilyant "Ümid"in "qanlı" tarixçəsi hind allahı Sitınin məbədindən oğurlandıqdan sonra başlanıb. Deyilənə görə, günəş-kral adlandırılan XIV Lüdovik qiymətli daşı taraşlamaq əmri verdikdən sonra bədbəxtlik onun üzərinə yağıb.
Kralın ölümündən sonra daşın növbəti sahiblərini də pis aqibət gözləyirdi: XV Lüdovik naməlum xəstəlikdən vəfat etdi, zinət əşyasını taxan, onun məşuqəsi Mariya-Antuanettanın boynu vuruldu.
Evelin Uolş Maklin - göy brilyantın sonuncu sahibi.
Növbəti əsrlərdə də göy brilyantın sahibləri lənətdən qaça bilmədilər və öz əcəlləri ilə ölmədilər. Lənəti məşhur ləl-cəvahirat taciri Henri Uinston dayandırıb. O, "Ümid"i sonuncu sahibindən alaraq Smitsonov institutuna hədiyyə edir. İndi bu daş-qaşın sahibi bir şəxs deyil, buna görə də onun "qanlı" tarixçəsi sona çatıb.
Henri Uinston "Ümid"i Smitsonov institutuna hədiyyə edir.
2. Orlovun qara brilyantı.
XIX əsrdə 67,5 karatlıq gözəl brilyant hind şaxtalarında əldə olunub. İlkin olaraq bu qiymətli daş "Brahmanın gözü" adlanırdı. Bu brilyant da hind allahının heykəllərindən birindən oğurlanıb. 1932-ci ildə daş Amerikaya aparılıb. Onu sonradan özünü göydələndən atan C.Peris aparıb. Onun sonrakı iki sahibi knyaginyalar Nadejda Orlova və Leonila Qalitsın-Bariatinskini də eyni aqibət gözləyirdi. Hər iki qadın binanın damından özlərini atmaqla intihar ediblər. Lənəti yox etmək üçün qiymətli daş üç hissəyə bölünüb.
3. Hökmdar Krezin sancağı
Bir qayda olaraq qədim hökmdarlar öz qiymətli daş-qaşlarını lənətlə "yükləyərək" gizlədirdilər. Kiçik Asiyadakı Lidiya dövlətinin sonuncu hökmdarı Krezə (e.ə. 560 - 546) aid xəzinə də belə olub. Dəfinə yalnız 1965-ci ildə tapılıb. Qazıntıda iştirak edən 7 nəfərin hamısı qəflətən vəfat edib.
Nədənsə zinət əşyasının bütün sahibləri tezliklə ondan "yaxa qurtarmağ"a çalışıblar.
2006-cı ildə sancaq Türkiyə muzeyində olub və oradan oğurlanıb. Oğrular onu sata bilməyiblər, 7 ildən sonra isə onlar özləri Almaniya polis departamentinə gedərək əmanəti təhvil verərək bildiriblər ki, zinət əşyası onlara çoxlu uğursuzluq gətirib.
4. Hindistandan olan al-qırmızı ametist
Bu ametict yalnız 30 il ictimaiyyətə nümayiş olunub. Buna qədər isə uzun müddət muzeydə saxlanıb. Hesab edilir ki, qiymətli daş İndra (Hindistan) məbədindən oöurlanıb və İngiltərəyə gətirilib. Ametist müəyyən müddət Edvard Heron-Allenə məxsus olub. Yazıçı özünün bütün bədbəxtliklərini bu qiymətli daşla əlaqələndirib.
Heron-Allen ametisti öz dostlarına versə də, onlar hədiyyəni bir müddət sonra sahibinə geri qaytarırlar.
Yazıçı sonra xeyir gətirməyən qiymətli daşı kanala atır. 3 aydan sonra daşı dəniz ilbizi ovçusu taparaq Edvard Heron-Allenin çalışdığı muzeyə verir. Qiymətli daşın "qayıtması"ndan qorxuya düşən yazıçı onu 7 qutuya qoyaraq saxlanılması üçün banka qoyur və sahibinin ölümündən 3 il sonra açılmasını vəsiyyət edir.
Arzu Səlim
Qaziler.az