78.9 milyard dollarlıq sərvətiylə hazırda dünyanın ən varlı insanı olan Microsoftun qurucusu, ortağı Bill Geytsin necə bir evdə yaşadığını təxmin edirsiz?
Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, milyarderin Vashinqtondakı Medina bölgəsində yerləşən evi 7 il ərzində inşa edilib və 63 milyon dollara başa gəlib. Geyts "Citizen Kane" filminni baş rol ifaçısı Çarlz Foster Kaneindən təsirlənərək malikanəsinə "Xanadu 2.0." adını verib. 5 min kvadrat metrlik bir ərazidə tikilən ev texnologiyanın ən son yenilikləri ilə doludur.Ümumən Geyts bu ərazini 1988-ci ildə 2 milyon dollarta satın alıb. Bundan başqa, hər il 1 milyon dollara yaxın əmlak vergisi ödəyir. Yüksək texnologiya möcüzəsi olan bir sensor sistemi, qonaq otaqlarındakı temperatura və işıqlandırmaya nəzarət etməyə imkan verir.
Gələn qonaqlara evdəki bütün sensorlara çatımlı olan bir cihaz verilir. Qonaqlar temperatur və işıqlandırma dərəcəsi ilə bağlı seçimlərini bu cihaza bildirirlər. Beləliklə onlar evin içində hərəkət etdikcə ayarlar onların istədikləri şəkildə dəyişir. Divar kağızının arxasına gizlənmiş səsgücləndiricidən yayılan musiqi də qonaqları otaqdan otağa izləyir. Xanadu 2.0 temperaturu daha yaxşı şəkildə ayarlaya bilmək üçün təbiətin içində inşa edilib. Təkcə bir düyməyə toxunaraq divardadı tabloları dəyişdirmək mümkündür.
Evdə ümumid dəyəri 80.000 dollar olan kompüter ekranları var. 150.000 dollar dəyərindəki cihazlarda saxlanan rəsm və fotoları istədiyiniz ekranda əks etdirə bilərsiz. Və daha bir maraqlı məqam: evdə tavanı 6 metr yüksəkliyində olan bir trambolin otağı da var.
Bəlkə də bu yazdıqlarımız dünya milyarderini həyat tərzini olduğu kimi çatdıra bilmir. Amma fotolara baxıb, gerçək gözəlliyi təsəvvür edə bilərsiniz.