Çinlilər yaratdıqları qeyri-adi mühəndislik qurğuları ilə dünyanı həmişə təəccübləndiriblər.
İndi də ən hündür (570 metr) körpünü inşa etməklə dünyanı heyrətə salıblar.Beipanjiang adlanan bu asma körpü Yunnan və Quyçjou əyalətlərini birləşdirir. Çətin relyef şəraitinə görə, mühəndislər körpünü 570 metr hündürlüyə qaldırmağa məcbur olublar.
Körpünün tikintisi 3 ilə başa gəlib. İnşaata 1000 nəfər mühəndis və işçi cəlb olunub. Konstruksiyanın ümumi dəyəri 1 milyard yuan (təxminən 150 miyon dollar) təşkil edir.
Qaziler.az videonu təqdim edir: