Kök qadınlarla evlənən kişilər daha çox yaşayır - YENİ ARAŞDIRMA

Kök qadınlarla evlənən kişilər daha çox yaşayır - YENİ ARAŞDIRMA backend

Yeni araşdırmalara görə kişilər üçün kök qadınlarla evlənmək daha "sərfəli"dir.

Bildirilir ki, belə bir qərar arıq qadınlarla evlənən kişilərlə müqayisədə az problem və az xəstəlik deməkdir.

Sözügedən bu araşdırma Argentinada, daha dəqiq desək, Milli Elmlər Akademiyasında aparılıb. Tədqiqatın müəllifləri həkim Filemon Alvarado və həmkarı Edqardo Moralesomdur.

Onların gəldiyi nəticə qətidir: kök qadınlarla nikaha girən kişilər arıqları seçən kişilərdən on qat artıq xoşbəxtdirlər. Onlar bir qayda olaraq daha uzun yaşayırlar.

İzah isə çox sadədir: kök qadınlar öz tərəfdaşının emosional tələbatını əvvəlcədən görürlər.

Onlar daha canıyanan, tezyovuşan olurlar.

Yəni, ola bilsin ki, artıq çəki - yağ deyil, məhəbbət və şəvqətdir.

Qaziler.az






Diaspora