İtaliyanın qalmaqalları ilə məşhur olan keçmiş baş naziri Silvio Berluskonidən uzun fasilədən sonra yeni xəbər var.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni heyvan haqlarına verdiyi dəstəklə siyasi karyerasına geri dönməyə hazırlaşır.Berluskoni Pasxa bayramında beş quzunu kəsməyərək heyvan haqlarına dəstək verdiyini göstərməyə çalışıb.
80 yaşlı keçmiş baş nazir bu beş quzunu öz evində bəsləyir. Heyvan haqları üçün çəkdiyi videoda da bəslədiyi quzuları öpür və bağrına basır.