Fransa alimləri 60 gün ərzində çarpayıdan enməməyə razılıq verən könüllülərə 17 min dollar ödəməyə hazırdırlar.
Bu təcrübə ilə tədqiqatçılar mikroqravitasiyaya maksimum yaxın şərait yaratmaq niyyətindədirlər.Könüllülərdən tələb olunur: 24 yaşdan 45 yaşa qədər, zərərli vərdişləri olmayan kişilər.
Alimlər bu eksperimentin ucuz başa gələcəyinə əmindirlər.
Eksperimentdə iştirak etmək istəyənlər iki ay müddətində ayağa qalxmadan uzanmalıdırlar. Yemək və tualetə getmək üçün belə ayağa qalxmağa icazə verilmir.
Tədqiqatçılar xəbərdatlıq edir ki, təcrübə zamanı iştirakçılar ürəkbulanma və immunitet zəifliyi hiss edəcəklər.
Qaziler.az