Koreyada yaşayan bir cütlük lüks həyatlarından bezərək dünya turuna çıxıb.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 2015-ci ildə ailə quran Eom Eunyunq və Li Un Seok Cənubi Koreyada bir texnologiya firmasında işləyiblər.Yaxşı bir həyat sürmək üçün ömrü boyu işləmək düşüncəsindən bezən ailə ötən ilin dekabrında dünya tura başlayıb. Onlar əvvəlcə Şri-Lanka, Malaziya, oradan isə Türkiyəyə getmək qərarı veriblər.
Eom və Li Türkiyənin Burdur əyalətinə çatanda, oranı çox bəyəniblər. Hazırda orada qalan ailə yerli əhali ilə birgə tarlada işləyir və heyvanları otarırlar.
Koreyalılar Türkiyədən sonra Bolqarıstana gedəcəklərini, oktyabr və noyabr aylarında isə evlərinə qayıdacaqlarını açıqlayıblar.