QAZİLER.AZ saytı Bloknot.ru-ya istinadla xəbər verir ki, Yaponiyanın Toshiba firması maksimum dərəcədə insana bənzəyən robot hazırlayıb. Bu robot-qadına Ayka Tixira adı da verilib. Onun açıq rəngli dərisi silikondan hazırlanıb.
Saçları təbii saçlardan hazırlanan robot-qadının gözləri yanıb-sönür, ağzı açılıb-yumulur. Ayka əlləri ilə hərəkət edib başını döndərə bilir. Onun əsas işi müştəriləri yumşaq səslə mağazaya dəvət etmək və nəyin harada satılmasını izah etməkdən ibarətdir.Robot-qadın müştərilərə yalnız yapon dilində müraciət edir, həmçinin danışığını jestlərlə də başa salır. O, suallara cavab verə bilmir, amma məhsullar haqda geniş məlumat verə bilmir. Robot-qadınlar müxtəlif vaxtlarda müxtəlif sərgilərdə nümayiş edilsə də, satıcı kimi istifadə edilməmişdi. Bir neçə müddətdən sonra Ayka kafedə də işləyəcək və ora da müştəriləri dəvət edəcək.
Toshiba Xitosu Takudanın bildirdiyinə görə, 2020-ci ildə Yaponiyada keçirilməsi planlaşdırılan olimpiada zamanı belə robot-androidlər informasiya mərkəzlərində də çalışacaqlar.