Bu uzunömürlü sevgi tarixçəsi ən qəddar ürəyə belə təsir edir.
İstənilən maneəni aşan sonsuz sevgiyə inanırsınızmı? Bu video sizin buna inamınızı ya daha da möhkəmləndirəcək, ya da buna inanmağa vadar edəcək.Xorvatiyada bu leylək ailəsi haqqında çox maraqlı əfsanə dolaşır. Artıq 15 ildir ki, bu leyləklər ayrılmayaraq bir yerdə yaşayırlar.
Bu cütlüyün öz sevgi tarixçəsi var. Uzun illər əvvəl ovçular dişi leyləyi yaralamışdılar. Həmin vaxtdan leylək uzun məsafəni qət etmək imkanından məhrum olub.
O, isti ölkələrə uça bilmir, lakin soyuq onunçün qorxulu deyil. Axı evin sahibi var- onun qayğısına qalır. Dişi leylək evin damında soyuqların keçməsini gözləyir. Hər dəfə havalar istiləşəndə sevdiyi leylək onun yanına qayıdıb gəlir.
Yerli əhali bu cütlüyü sönməz sevginin simvolu hesab edirlər. Yuvanı quran evin sahibi isə məmnuniyyətlə quşlara qulluq edir.
Qaziler.az videoçarxı təqdim edir: