QAZİLER.AZ saytının Bloknot.ru saytına istinadən verdiyi məlumata görə, Polşa balıqçıları Odra çayından unikal balıq tutublar. Balığın uzunluğu 3 metr yarım, ağırlığı isə 187 kq olub. Öz ovlarını kəsməyə başlayan balıqçılar Soma balığının qarnında insan skeletləri tapıblar.
Həmçinin balığın qarnından faşist Almaniyasının zabitlərindən birinin mundirinin metal emblemi də çıxıb. Ekspertlərin rəyinə görə, bu emblem 1940-cı illərin SS Almaniyasına aiddir və gənc zabitindir.