Noutbukun ömrünü uzatmaq üçün MƏSLƏHƏT

Noutbukun ömrünü uzatmaq üçün MƏSLƏHƏT backend

Bütün noutbuklar 24 saat fasiləsiz işləmək üçün nəzərdə tutulub, lakin əsas şərt təlimata uyğun istifadədir.

Qaziler.az-ın deyerler.org-a istinadən verdiyi məlumata görə, noutbuku düzgün söndürmək - əsas şərtlərdən biridir. Qeyri-düzgün, qəfil söndürmə noutbukun sərt diskini zədələyə bilər.

Noutbuku təcili söndürmək lazım gəlibsə belə, növbəti qoşma zamanı əməliyyat sistemini yoxlanışa vermək məqsədəuyğundur. Bu sistem səhvləri aradan qaldırmağa və həm əməliyyat sisteminin (Windows-un), həm də kompyuterin sabit işləməsinə kömək edəcək.

Noutbuk daşınmadığı və daha çox stasionar kompyuter kimi istifadə olunduğu təqdirdə batareyanı tam yükləmək və daha sonra onu noutbukdan çıxarmaq lazımdır. Onu ayda bir dəfə noutbuka taxıb təkrar yükləmək kifayətdir. Bu, noutbuk batareyasının ömrünü uzatmağa kömək edəcək.

Noutbuku masanın və ya başqa sərt və hamar səthin üzərinə yerləşdirmək lazımdır. Bu havalandırma sisteminin normal işləməsini təmin edəcək və laptopun həddən artıq isinməsinin qarşısını alacaq. Ayrıca noutbuku səthin üzərində elə yerləşdirmək lazımdır ki, adapterin naqilinə və usb-portlara gələn digər naqillərə təsadüfi toxunma ehtimalı minimum olsun.

“Yuxu” rejimində olan noutbuku daşımaq məsləhət deyil. Bu, sərt diskin vaxtından tez sıradan çıxmasına gətirib çıxara bilər. Noutbuku bir yerdən başqa yerə daşımaq lazım gəldikdə ya onu “işi bitirmək”, ya da “hibernasiya” rejimlərində söndürmək lazımdır.

Zərurət olmadan işlək vəziyyətdə olan noutbukun qapağını örtmək də məsləhət deyil. Bunu müntəzəm etdikdə noutbukun şleyfi və ya ilmələri zədələnə bilər.

Noutbuku soyuq otağa gətirərkən ilk öncə 30 dəq gözləmək, otağın havasını aldıqdan sonra işə qoşmaq lazımdır.

Noutbukun ekranını işlək vəziyyətdə ikən təmizləmək olmaz. Bunun üçün laptopu söndürmək və adapteri şəbəkədən ayırmaq lazımdır. Ekranı silmək üçün xovsuz nəm parçadan istifadə edilməlidir. Təmizləyici mayeni ekranın üzərinə çiləmək olmaz. Oncə parçanı maye (adi su ilə də olar) isladıb ekranı silmək lazımdır. Bu məqsəd üçün nəmləndirici salfetlərdən də istifadə etmək olar.
Diaspora