Cənub-şərqi Asiyada gibbonlar kimi tanınan sayca çox olmayan insanabənzər meymunlar yaşayır.
Onlar nadir hallarda torpaq üzərinə düşür. Uzun, möhkəm quyruğu olan bu heyvanlar asanlıqla budaqdan budağa "uçur"lar.Onu da qeyd etmək lazımdır ki, onlar həm də zarafatı sevirlər.
Bu videoçarxda da sevimli xarici görünüşə malik olan meymun pələng balalrı ilə "zarafat etmək" qərarına gəlib.
Necə deyərlər, yaxşı qurtaran hər şey yaxşıdır.
Əlbəttə, bu "zarafatcıl"ın bəxti ana pələngin hadisə yerində olmaması ilə yamanca gətirib. Yoxsa ana öz pəncəsi ilə onun "dərsini yaxşıca verərdi".
Qaziler.az videonu təqdim edir: