Nobel mükafatlı fizikaçı Albert Eynşteyni etdiyi işləriylə çox anlamır olsaq da, onunla əlaqədar ağılımıza gələn ilk şey, dilini çıxararaq çəkildiyi fotoşəkildir. Bəs biz bu fotoşəkil ilə əlaqədar nə bilirik, arxasındakı gerçək nədir?
Eynşteynin bu fotoşəkilinə dəfələrlə rast gəlmisiniz. Məşhur elm insanının dilini az qala çənəsinə qədər çıxardığı bu pozanı verməsinə səbəb olaraq günümüzə qədər bir çox söz-söhbət gəzir. Yaxşı bəs bunun arxasındakı məsələ tam olaraq necədir? Xüsusi Xəbər Fotoqrafları və Ardındakı Hekayələr adlı kitabın yazarı John Saber fotoşəkil ilə əlaqədar detallara kitabında yer verərək bəzi sual işarələrinin aradan qalxmasını təmin etdi.Axşam.az-ın "Technote"yə istinadən məlumatına görə, Eynşteyn "Princeton Club" adlı məkanda 72-ci doğum günü şərəfinə verilmiş bir dəvətdə (14 Mart 1951 tarixində) elm insanlarından və bəzi xüsusi yoldaşlarından ibarət olan bir kollektivlər görüşüb. Dəvətdə mətbuatdan çox sayda fotoqraf da yer alıb.
Yığıncaq Eynştyeni olduqca yorur, lakin buna baxmayaraq fotoqrafların istəklərini rədd etməyərək poza verməyə davam edər. Gecənin sonunda isə bir yoldaşı Eynşteyni evinə aparmağı təklif edir və birlikdə oradan ayrılmaq üçün avtomobilə yaxınlaşırlar. Tam bu vaxtda jurnalist Art Asse alimə yaxınlaşaraq son bir dəfə şəkil çəkmək istədiyini söyləyir.
Daha sonrasını Sasse-nin öz sözlərinə yer verək:
"Eynşteyn dilini çölə doğru çıxardaraq arxasını çevirdi. Mən də fotoşəkilini çəkdim".
Eynşteyn daha sonra gördüyü bu fotoşəklini çox bəyənərək çap halından 9 ədəd sifariş edərək təbrik kartlarını bəzəmək üçün istifadə edib.