Böyük Britaniyanın Kembric universitetinin bir qrup alimi ilk dəfə siçanın süni embrionunu yaradıb.
Qaziler.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Telegraph qəzeti yazır.Alimlər iki növ – embrion və plasenta hüceyrələrindən istifadə ediblər. Onları qarışdırıb siçanın embrionunun üçölçülü karkasına yerləşdiriblər, bu zaman skaffold-texnologiyadan istifadə edilib.
Daha sonra bu qarışıq dörd gün müddətinə bətndaxili şəraiti yaradan qidalandırıcı mayenin içinə qoyulub. Bu müddət ərzində hüceyrələr əsl embriona bənzər struktur formalaşdırıblar.
Buna qədər süni rüşeymlərin yaradılması cəhdləri uğursuz nəticələnirdi belə ki, hüceyrələr karkasda düzgün yerləşdirilməmişdilər
Alimlər süni embrionların insan həyatının erkən çağlarını öyrənmək və hamiləliyin özündən pozulması səbəbini anlamağa yardım edəcəyinə ümid edirlər. Alimlərin sözlərinə görə, süni rüşeymlərin qeyri-məhdud sayının yaradılması tədqiqatları sürətləndirəcək.