Tikinti materiallarının qiymətinin artması taxtadan tikilən evlərə tələbatı artırıb. Bunu taxta evlərin tikintisi ilə məşğul olan şirkətlər bildirir. Belə evlərin tikilib tam təhvil verilməsi kvadratından aslı olaraq 40-200 min manat arasında dəyişir. Bura evin planının hazırlanması və təmiri daxildir.
QAZİLER.AZ Xəzər TV-yə istinadən xəbər verir ki, evin bir kvadratmetri isə istifadə olunan taxtanın materialından asılı olaraq 400-1000 manat arasında dəyişir. Tikintidə əsasən şam ağacından olan taxtadan istifadə edilir.Belə mənzillər yayda sərin, qışda isə isti olur. Üstəgəl, taxta evlərin sağlamlıq baxımından əlverişli olduğu da deyilir.
Evlər tikilərkən özül hissəsi betonlanır. İstifadə olunan evin uzunömrlü olması üçün tikinti şirkətləri taxtaya müxtəlif maddələr vururlar.
Belə evlərin tikintisinə böyük vaxt sərf olunmur. Taxta evlər təxminən 4 ay müddətində hazır olur.