Bu qadınlar qəlbən bir az təhlükəlidirlər.
Astroloqların fikrincə, onlar özləri də bilmədən tez-tez ətrafdakılara zərər verirlər.Təhlükəlilik baxımından 3-cü yerdə Xərçəng bürcü altında doğulan qadınlardır.
Xərçəng qız ürəyiyumşaq və ağlağandır. Əgər o, kiməsə qəlbinin dərinliklərində sadiqdirsə, onunla dünyanın o başına da getməyə hazırdır.
Əgər Xərçəng ondan soyuduqlarını hiss etsə, çox asanlıqla öz "qın"larına çəkilərək depressiyaya düşür. O, çox dəymədüşərdir. Bu vəziyyət də onda qisas hissi oyadır. Belə olanda rəhm gözləməyin. Xərçəng qızı yalnız şirin dillə yola gətirmək olar, səsinizi ucaltmaqla heç nəyə nail ola bilməzsiniz.
2-ci yer Şir
Qız Şirlər hökmlü və şöhrətpərəstdir. Şirlər onun standartlarına uyğun olmayanların nazı ilə oynamırlar. Bu zaman özlərini hətta dağ başına qoyurlar. Onların özlərini yüksək tutduqlarına görə, yanlarında ləyaqətli birinin olmasını istəyirlər. Əgər onun heysiyyatına toxunulsa kinli, məkrli planlar fikri ilə yaşamaz, ancaq düşündüyü hər şeyi xətrinə dəyənin üzünə söylər.
Bundan sonra məlum olur ki, “əsərin bitkin parçası“ sunami və ya tufan deyil, əslində uşaq bloknotuna çəkilmiş çiçəklərdir. Bu davakarı ram etmək üçün ona bahalı hədiyyə (yaxşı olar ki, bu hədiyyə briliyantla olan qızıl bəzək əşyası olsun) vermək lazımdır. Bundan sonra onun indiyə qədər rastlaşdığınız qadınlar içərisində ən yaxşısı olduğuna əmin olacaqsınız. Lakin cəsurluğunuzu itirməyin, əks halda Şir qadın sizin ətrafınızda gəzişəcək, sizi görməzdən gələcək.
1-ci yer Əqrəb
Əgər qız Əqrəb sevgilinizsə hesab edin ki, müharibəyə getmisiniz. Onunla ya tam yaxşıdır, ya da çox pisdir. Qızıl orta mövqe yoxdur və heç vaxt da olmayacaq. Bu isə həmişə stress vəziyyətin yaranmasına səbəb olur. Əgər sizin dəmir əsəbləriniz, polad iradəniz yoxdursa bu nüsxə sizin üçün deyil.
Hiyləgər qız Əqrəblər hətta özlərini mehriban, yumşaqxasiyyətli, sadəlöhv, həlim təbiətli göstərmək istəsə də o bu qondarma “üz“ü çox saxlamağı bacarmırlar. Bu zaman ondan aman gözləməyin. Əgər nədəsə yalnışlığa yol versəniz gileylənməyin. Onlar qorxaqları, simicləri, ağciyərləri sevmirlər. Bir də unutmayın ki, onlar çox
qısqancdırlar. Əgər qız Əqrəb sizin telefonunuzda başqa qızdan sms görsələr siz o telefonu qorxudan yemək istəyəcəksiniz. Bəs onların xəyanət şübhəsi yaranarsa...Bu haqda danışmaq belə qorxuludur. Əsl təhlükəli vəziyyət bu zaman yaranır!
Qaziler.az