Keşiş bir gecəyə 2 milyon dolları eyş-işrətə xərcləyib

Keşiş bir gecəyə 2 milyon dolları eyş-işrətə xərcləyib backend

Kilsənin keçmiş xidmətçisi pulları kilsənin xeyriyyə fondundan götürüb Norveçin keçmiş din xadimi Are Bloumxof 15 milyon kronu (təxminən 2 milyon dollar) İspaniyada əxlaqsız qadınların iştirakı ilə olan gecəyə sərf etdiyini boynuna alıb. Bu barədə Qazilər.az saytı Rusiyanın “Novoya vremya”ya istinadən xəbər verir.


Kilsənin keçmiş işçisinin sözlərinə görə o, bu pulları Betaien xeyriyyə fondundan götürüb və yeddi il ərzində xərcləyib. “Bu bir xəstəlik, narkotikdən asılılıq kimi idi”.

Gecədə əxlaqsız qadınlar 1,3 dollardan 1,7 min dollara qədər qazanırmışlar.

Blomxof alkoqoldan əziyyət çəkdiyini boynuna alıb. Məhkəmədə o, günahını etiraf edib. Yaxın günlərdə keşişə hökm oxunacaq.

Qeyd edək ki, üç il öncə kral Xarald Bloumxofa uzunmüddətli xeyriyyə fəaliyyətinə görə ordenlə təltif edib.
Diaspora