Macar əsilli almaniyalı kinoaktrisa və müğənni Marika Rekk sən demə, sovet kəşfiyyatçısı olub.
Qaziler.az RİA Novosti-yə istinadən bildirir ki, bunu Almaniyanın Federal kəşfiyyat xidmətinin məxfi sənədləri təsdiq edir.Rekk 1940-cı ildən vacib hərbi kəşfiyyat məlumatlarının sovet dövlətinə ötürülməsinə cavabdehlik daşıyan agentura şəbəkəsinin bir hissəsi olub.
Almaniyanın “Bild“ qəzetinin yazdığına görə, hesab edilir ki, Rekkin olduğu bu agentura şəbəkəsinin başında əfsanəvi sovet kəşfiyyatçısı Yan Çernyak dayanıb. Ona kəşfiyyatçı bacarığına görə “kölgəsiz adam“ ləqəbi verilmişdi. Çernyakın agentura şəbəkəsində bankirlər, hərbçilər, dövlət məmurları, həmçinin aktrisa Olqa Çexova da daxil olmaqla 35 kəşfiyyatçı var idi.
Marika Rekk 16 may 2004-cü ildə 90 yaşında infarkdan vəfat edib.
Aktrisa "Arzularımın qadını" filmindən məşhurdur.
Qaziler.az