113 yaşlı braziliyalı: bu 5 ərzaq sağlamlığın əsasıdır

113 yaşlı braziliyalı: bu 5 ərzaq sağlamlığın əsasıdır backend

Arizonada yaşayan Bernardo Lapaulo 2014-cü ildə özünün 113 yaşını qeyd edib.

O, 1901-ci ildə Braziliyada anadan olub. Maraqlıdır ki, ailədə uzunömürlü olan tək o deyil. Bu üzunömürlü şəxs hələ gənc yaşlarında sağlam ömür sürməklə bağlı atasından aldığı məsləhətlərə indiyə qədər riayət edir.

Onun sözlərinə görə, bu 5 ərzaq onun sağlamlığının və uzunömürlülüyünün əsas səbəbkarlarıdır.

Sarımsaq

Sarımsağın tərkibində aktiv inqredient olan alitsin çox sayda müalicəvi xüsusiyyətə malikdir. Məhz buna görə, sarımsaq yüksək xolestrini, yüksək təzyiqi aşağı salır. Sarımsaq həmçinin, aterosklerozun qarşısını alır.

Darçın

Vətəni Şri-Lanka olan darçın tibbdə geniş istifadə olunur. Bu ədviyyat qanda şəkərin və xolestrinin səviyyəsini aşağı salır, infeksiya ilə mübarizə aparır, həzmi yaxşılaşdırır.

Bal

Dünyanın ən yaxşı məhsulllarından sayılan bal insan bədənindəki qələvilik dərəcəsini saxlayır.

Tünd şokolad

70% kakao tərkibli tünd şokolad çox xeyirlidir. Bal kimi, tünd şokoladın tərkibində də çoxlu antitoksidantlar var ki, o da qan təzyiqini aşağı salır, stressi azaldır və ürəyin sağlamlığını qoruyur.

Zeytun yağı

Zeytun yağı xolestrinin səviyyəsini aşağı salmaq, qanda şəkərə nəzarət etmək baxımından çox effektlidir. O, həmçinin, ürək-damar xəstəlikləri riskini də azaldır.

Qaziler.az
Diaspora