Bu qadının qapısını hər səhər maral döyür - FOTO

Bu qadının qapısını hər səhər maral döyür - FOTO backend

Norveçdə yaşayan bir ailəyə hər səhər qeyri-adi qonaq gəlir.

Gözəl maral evin pəncərəsinə yaxınlaşır və evdəkilərin yuxudan oyanmasını səbirsizlikə gözləyir.

Vəhşi heyvanla bu qəribə bağlılıq asanlıqla yaranmayıb. Ailə bir dəfə onun həyatını xilas edib. Onlar maralı ovçuların öldürməsinə imkan verməyiblər. Heyvanı evə gətirərək sağalana qədər ona qulluq ediblər.

Bu gözəl heyvanı Flippen adlandırıblar. Bu rus dilinə tərcümədə "Plaksa", yəni ağlağan deməkdir. Bu ləqəbi onun gözlərində həmişə yaş olduğuna görə veriblər. Flippen sağalandan sonra onu azad ediblər. Lakin maral öz xilaskarlarını unutmayıb və indiyə qədər onlara qonaq gəlir. 3 ildir ki, heyvan onların pəncərəsinin önünə gəlir və yemək gözləyir. Maralın ən çox sevdiyi çörəkdir.

Maral özünü çox ciddi aparır və başqa şəxslərə yaxınlaşmaqdan çəkinir.

Qaziler.az



Diaspora