Nigeriyada 130 arvadı olan Məhəmməd Bello Əbubəkir 93 yaşında dünyasını dəyişib.
Qaziler.az bildirir ki, Trend-in məlumatına görə, "Baba Masaba" ləqəbi ilə tanınan M.Əbubəkirin hazırda həyat yoldaşlarından bəziləri hamilədir.Qeyd edək ki, nigeriyalının 2008-ci ildə qadınlarının sayı 86 idi.
203 uşağı olan M.Əbubəkir əvvəllər vaiz olub. Vaxtilə 4-dən artıq qadınla evlənərək qanunu pozduğu üçün həbs cəzası almış "Baba Masaba" özünü belə müdafiə etmişdi:
"Qadınlar özləri mənə gəlirlər. Allah məndən bunu etməyimi istəyir, mən də onlarla evlənirəm".