Jurnalistlər üçün yeni yaddaş kartı icad olunub

Jurnalistlər üçün yeni yaddaş kartı icad olunub backend

Jurnalistlər üçün yeni elektron yaddaş kartı icad olunub. İxtiranın müəllifi İsveçin Çalmers adına Göteborq Ali Texnologiya İnstitutunun tələbələridir.

Novator.az-ın məlumatına görə, yeni yaddaş kartı söhbəti yaza-yaza dərhal onu – səs yazısını şifrləyir. Kart fotoşəkilləri və videomaterialları da çəkildiyi anda şifrləyə bilir.

Kartı hazırlayanlardan biri – Turbern Rasmusson bildirib ki, yeni kart çox sürətli şifrləmə aparan bir mexanizmdir.

Qurğunu dörd tələbə hazırlayıb. Onlar iş prinsiplərinin detallarını açıqlamasalar da, icad etdikləri kartın istifadəsinin sadə olduğunu vurğulayırlar. Qeyd edirlər ki, yaddaş kartını eləcə rəqəmli foto və ya video kameralara quraşdırmaq gərəkdir və onun istehsalı baha başa gəlmədiyinə görə satışı da münasib qiymətə olmalıdır.

Hazırda jurnalistlər çəkdikləri foto və video görüntüləri, qeydə aldıqları səs yazılarını kənar müdaxilələrdən qorumaq üçün müxtəlif yollarla – rəqəmli əlavələr və brauzerlərlə şifrələyirlər. İsveçli tələbələrin hazırladığı yaddaş kartı bu işi avtomatik görür. Bu kartlar satışa buraxılsa, jurnalistlərin işinin asanlaşacağı deyilir.
Diaspora