İblisə məğlub olmayan nikbin qız - İBRƏTAMİZ HEKAYƏ - GECƏ OXUSU

İblisə məğlub olmayan nikbin qız - İBRƏTAMİZ HEKAYƏ - GECƏ OXUSU backend

İblis kiminsə ruhunu almaq istəyi ilə yolla gedirdi.

Adətən iblis ruhunu aldığı insanları məyusluğa düçar edir. Bu da istisna deyildi. .. İblis yolda gülümsəyən qız gördü. Ona yaxınlaşaraq soruşdu:

- Sən niyə gülürsən?

- Mən sevdiyim adamla çox xoşbəxtəm! Burada onu gözləyirəm, indi gəlməlidi.

(Qeyd etmək lazımdır ki, şeytanlar da mələklər kimi hadisələri idarə etmək qabiliyyətinə malikdir). İblis əlini yellədi və qızı sevdiyindən ayırdı. Qız gülümsədi.

İblis təəccübləndi:

- Sən niyə gülürsən? Mən sizi ayırdım!

Qız cavab verdi:

- Sən bizi ayırdın, lakin mənim minnətdar olduğum, ömrüm boyu xatırlayacağım xöşbəxt anlarımızı ala bilmədin!

(Onu da qeyd etmək lazımdır ki, iblislər, mələklər kimi yalnız hadisələri idarə etmirlər). İblis yenə əlini yellədi və onun yaddaşını aldı.

Qız gülümsədi.

İblis çaşıb qaldı:

- Mən sənin hafizəni aldım. Sən kim olduğunu bilmirsən, sevdiyin adamları xatırlamırsan. Niyə sənin üzündə hələ də təbəssüm var?!

Qız cavab verdi:

- Düzdür, mən kim olduğumu, yaxınlarımı xatırlamıram. Lakin onları yenidən əldə edə bilərəm, sevgini yenidən hiss edə, yaşaya bilərəm! Yeni duyğular yaşamaq çox gözəldir!

İblis qəzəbləndi:

- Deməli, məsələ budur! Duyğu, hiss!

İblis qızın hissetmə qabiliyyətini də əlindən aldı, onun ürəyini buz kimi soyuq və etinasız etdi. Qız yenə də gülümsədi.

- İndi nə oldu? - iblis qışqırdı.

- Artıq heç nə hiss etmirəm. Ona görə gülümsəyirəm ki, daha heç kim məni incidə, ağrı yaşada bilməyəcək! - qız dedi.

İblis təəccüblə ona baxdı, əlini yelləyərək çıxıb getdi. Qızın sevdiyi oğlan yaxınlaşaraq onu qucaqladı.

- Çox sağ ol, əzizim, birdən-birə sanki soyuq oldu. Sənə elə gəlmirmi? - deyə pıçıldadı.

- Mənə elə gəlir ki, sənin təbəssümün dünyadakı bütün buzları əridər! - deyə gənc oğlan cavab verdi.

Qız gülümsədi, oğlan onu öpərək əlindən tutdu. Onlar xiyabandan keçib getdilər.
İblis onların arxasınca baxa-baxa qaldı.

"Bu çox nikbindir. Eybi yox, dünya ümidsiz insanlarla doludur" - iblis donquldandı və başqa bir qurban axtarmağa getdi.

Arzu Səlim

Diaspora