Dünyada baş verən qəzalarda hər gün minlərlə insan ölür. Bu hadisələr ya terraklar olur, ya da üstü pərdəli qəzalar. Səhnəni idarə edən gizli təşkilatlar isə bu məsuliyətin necə deyərlər, üstündə oturub. Çoxlarına məlumdur ki, müxtəlif ölkələrdə müxtəlif səpkilərlə baş verən kütləvi qırğınlar və texnogen fəlakətlərin arxasında kimlər və ya hansı qüvvələr dayanır. Adı var özü yoxdur misalı yerinə düşər. Çünki "Roma klubu", "illüminatlıq" "Almaniya Marşal fondu" və bir çox təşkilatlar birlikdə "Dünya Hörümçək Toru" adı altında vahid hökumət yaratmaq məqsədini güdürlər. Digər bir məqam da var ki, masson anlayışı öz ətrafında 5 milyona yaxın üzvünü birləşdirib. İngiltərə, İrlandıya və UELS-də yarım milyon ABŞ-da isə 2 milyondan çox şəxs massondur. Bunların sırasında alınmış dünya ulduzları, aktyorlar, pula pul deməyən biznesmenlər toplaşıb. Onların fəaliyyəti istiqaməti məşhur kinostudiyalar, cizgi film şirkətləri və ya berand markalar subliminal mesaj adlandırılan 25 kadr emblemi ilə insanların şüuraltına sızılır. Lakin bizim bundan heç ruhumuz da incimir. Məqsəd isə ondan ibarətdir ki, xalqların əsas müqəddəratını həll edəcək gücdə olan siyasi prosesləri daha rahat şəkildə həyata keçirilsin. Heç bir maneə olmadan. Gizli qüvvələr üçün vətəndaş faktoru ən böyük maneədir. Məhz insanların şüur altına əxlaq və mənəvi cəhəddən zidd olan şəkilləri yeritməklə onların əhli-kef timsalını yaradırlar. Hətta bəzi inkişaf etmiş ölkələrdə belə subliminallıq və əxlaqi zidd verilişlər dayandırılıb. Hansı ki, həmin verilişləri dünya izləyir. Məhz Avstraliya, Kanada kimi ölkələrdə "Walt disney"in məhsulları sayılan cizgi filmləri qadağan edilib. Maraqlıdır, gizli təşkilatların fəaliyyət dairəsi o qədər genişdir ki, bu qlobal problemlərdən tutmuş sadə uşaq əyləncələrinə qədər əhatə edir. Bu təşkilatların yaranma tarixi çox sadə və sıradan görünsə də dünyanı virana qoymaq kimi iyrənc məqsədlər heç də sadə deyil, əksinə mürəkkb və qarışıqdır. Nəzəri cəhətdən onlar haqqında informasiyalar gündəlik həyatımızda sızır, lakin praktik şəkildə onların gerçək üzünü görmək haradasa mümkünsüzdür. Dünyanı oyuncaq kimi oynadan bu gizli təşkilatlar haqqında danışaq...
Dünyada əsasən beş belə təşkilat mövcuddur.Bilderberq klubu
Bilderberq klubu dünyada ən güclü gizli siyasi klublardan biri hesab olunur və bu təşkilatın ildə bir dəfə toplantısı keçirilir. Toplanıt zamanı hər hansı protokol tərtib edilmir və jurnalistlər bu toplantılara buraxılmır.
Bu toplantıya ancaq şəxsi dəvət əsasında ola bilər ki, o zaman da toplantıda aparılan diskussiyalar barəsində kənarda danışmaq qadağan olunur. Bu məsələyə ciddi nəzarət olunur. Məhz bunun nəticəsidir ki, fəaliyyət göstərdiyi gündən bu günədək klubun hər hansı müzakirə etdiyi məsələ haqqında ictimaiyyətin heç bir məlumatı olmayıb və gizli saxlanılıb.
Bu klubun builki 64-cü qapalı toplantısı bu ilin 9-12 iyununda Almaniyanın Drezden şəhərində Taschenbergpalais otelində keçirilib.
Bu toplantıda Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristin Laqardın, ABŞ-ım sabiq Dövlət katibi Henri Kissincerin, Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq şefi Devid Petreusun, NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin sabiq komandanı Filip Bridlavın, Britaniya Mİ-6 kəşfiyyat orqanının sabiq rəhbəri Con Soersin iştirak etdiyi bildirilir.
Bohem klubu
Bu klubun ancaq kişi üzvləri 1899-cu ildən başlayaraq hər il iyul ayında Kalforniyadakı "Bohemian Grove" istirahət mərkəzinə toplanırlar. Bu klubun sıralarında sabiq prezidentlər, tanınmış iş adamları, incəsənət xadimləri, mediamaqnatlar yer alıb.
Beynəlxalq münasibətlər üzrə Şura
Bu özəl qurumdur və Amerikada fəaliyyət göstərir. Əsas fəaliyyət istiqamətləri xarici siyasət məsələlərini araşdırmaqdır. Bu məqsədlə ayda iki dəfə Foreign Affairs jurnalını buraxırlar.
Bu qrumda beş minə yaxın adam çalışır ki, bunlar arasında yüksəkrütbəli məmurlar, iş adamları, jurnalistlər, media maqnatlar, tanınmış siyasilər yer alıb.
Bu təşkilat Amerikanın ən güclü beyin mərkəzi hesab olunur.
Üçtərəfli komissiya
Bu təşkilat isə 1973-cü ildə Devid Rokfeller tərəfindən yaradılıb. Bu klubda əsasən Şimali Amerikadan, Qərbi Avropadan, Yaponiya və Cənubi Koreyadan olan siyasilər, iş adamları, elm adamları fəaliyyət göstərirlər.
Bu Üçtərəfli komissiyanın əsas missiyası dünyanın inkişaf etmiş bölgələrinin daha sıx əməkdaşlığını təşkil etməkdir. Hansı ki, bu inkişaf etmiş ölkələrin beynəlxalq münasibətlər sistemində ümumi liderlik öhdəlikləri var.
Keçmiş respublikaçı senator Barri Qolduotter "Üzürsüz" kitabında təşkilatın fəaliyyəti haqqında danışaraq bildirib ki, biz dörd hakimiyyəti bir araya gətirmək istəyirdik: "Siyasəti, maliyyəni, intellektual və dini hakimiyyəti bir araya gətirmək istəyirdik ki, bununla da dünya iqtisadi gücünü formalaşdırıb siaysi hakimiyyəti idarə edək".
Enerji məsələləri üzrə işçi qrup (Commercial Energy
Working Group)
Bu təşkilatın ABŞ-da güclü lobbi qrupu mövcuddur. Onların konkret olaraq kimin maraqlarını müdafiə etməsi ilə bağlı hər hansı bilgi yoxdur. Çünki onların nə saytları, nə də ki, sosial şəbəkələrdə akkuantları mövcuddur.
Bu təşkilatın əsasən Vaşinqtondakı "Sutherland Asbill & Brennan" hüquq firması vasitəsi ilə fəaliyyət göstərir.
Bu təşkilatın əsas fəaliyyəti dünyadakı enerji bazarındakı nəzarəti əldə saxlamaqdır. Ancaq bu təşkilatlara hansı transmilli enerji təşkilatların, mütəxəssislərin adları bəlli deyil.
“Roma klubu”
Bu beynəlxalq ictimai və analitik bir təşkilatdır və italyan sənayeçisi Aurelio Peççi tərəfindən yaradılıb. Bu təşkilat dünyada biosferin öyrənilməsinə və inkişaf etdirilməsinə öz müstəsna töhfəsini verib.
Eyni zamanda insanla təbiət arasında harmoniya nə yaradılması təbliğatında da müstəsna rol oynayıb.
Klubun əsas missiyası dünyadakı qlobal problemlərə diqqət çəkmək və bununla bağlı hesabatlar hazırlamaqdır. Bu məqsədlə klub genişmiqyaslı sosial-iqtisadi sahəyə aid tədqiqatlar aparırlar. Klubun hazırladığı nəzəri tədqiqatlar müxtəlif elmi sahələrdə metodk tədqiqat əsəri kimi istifadə olunur. Klubun ancaq yüz üzvü ola bilər. Klub üzvü eyni zamanda hökumət üzvü, hər hansı ideologiyanın, siyasi qüvvənin və milli baxışın daşıyıcısı olmamalıdır.
“Komitet 300”
Artıq bir çoxları bu təşkilat haqqında çox eşidib və oxuyub da.…
Bəzi məlumatlara görə, bu təşkilat 1897-ci ildən bəridir ki, dünyanı idarə edir. Təşkilatın əsas hədəfi dünyada vahid hakimiyyət formalaşdırmaqdır. Bu təşkilatın tədqiqatları gizli laboratoriyalarda həyata keçirlir və orada hazırlanır.
Bu təşkilatı dünyanın ən tanınmış siyasətçiləri daxildir. Corc Buşun, Devid Rokfellerin və digər iri maliyyəçilərin bu təşkilatın üzvü olduğu bildirilir.
Bir çox mənbələr 1990-cı illərdə Rusiyada liberal-demokrat islahatların Boris Yelçin tərəfindən həyata keçirilməsi məhz bu təşkilat tərəfindən verildiyi bildirilir.
Almaniya Marşal Fondu
Təşkilatın əsas hədəfi vahid, güclü Avropa formalaşdırmaqdır.
Doğrudur, əslində bu siyahıda yer almayan başqa təşkilatlar da var. Belə demək mümkündürsə, onlar dünya üzrə müxtəlif regionların işlərinə nəzarət edir. Əsas gizli təşkilatlar "WWW" çətiri altına yığışırlar.
Rüfət Soltan