Məşhur kahin Vanqa, eynilə Nostradamus kimi bir çox öncəgörməsi reallaşmış biridir.
Əsl adı Vangelina Pandema olan "Baba Vanqa” yəni "Vanga Nine” adı ilə bilinən bu qadın, eynilə orta əsrlərin böyük kahini Nostradamus kimi bir çox həqiqi təxminlər irəli sürmüşdü. Osmanlı İmperatorluğunun Makedoniya bölgəsində Sutrimitsa kəndində, 1911-ci ildə dünyaya gələn Vanqa bir çox insanı heyrətə gətirib. 16 yaşında bir qasırğada ildırım çarpdıqdan sonra görmək bacarığını itirən Vanga bu gündən sonra gələcəyi görməyə başladığını kəşf edib.Adolf Hitler də 1941-ci ildə bu qəribə qadın kahinin köməyindən istifadə edib. Rus gizli kəşfiyyatından Bolqarıstan Prezidenti Todor Jivkova qədər bir çox dövlət adamı gələcəkdə olanları öyrənmək üçün onun ilə görüşüblər. 1996-cı ildə həyata gözlərini yuman Vanqa gələcəkdə reallaşmaq ehtimalı olan bir çox proqnoz deyib.
Axşam.az "Technote"yə istinadən həmin proqnozlardan bəzilərini təqdim edir
2018– Çin dünyanın əsas dövləti olacaq.
2025– Avropada az sayda da olsa, insan yaşayacaq.
2028– Yerin yeni enerji qaynağı olacaq. Böyük ehtimalla bu, termonüvə reaksiyalarının nəzarət altına alınmasıyla əldə ediləcək. Aclıq artıq problem olmayacaq. Veneraya pilotlarla kosmik gəmilərin uçuşu başlayacaq.
2033– Qütb buzları əriyəcək, dünya okeanının səviyyəsi yüksələcək.
2043– Müsəlman bir dövlət yenidən Avropanın yeganə hökmdarı olacaq.
2046– Süni insan orqanları yaradılacaq.
2066– Müsəlmanların əlində olan Romaya hücum zamanı ABŞ iqlim dəyişikliyinə gətirib çıxaran yeni silahdan istifadə edəcək. Bu, ani donma yaradacaq.
2076– İnsanlar arasında təbəqələşmə aradan qalxacaq. Bütün dünyada kommunizm hakim olacaq.
2084– Təbiət yenidən yaranacaq.
2088– Yeni xəstəlik yayılacaq, insanlar bir neçə saniyə içərisində yaşlanacaqlar.
2091– Xəstəliyin müalicəsi tapılacaq.
2100– İnsanın yaratdığı süni günəş Yer kürəsinin qaranlıq tərəfini də işıqlandırmağa başlayacaq.
2125- Macarıstanda kosmosdan siqnal alınacaq və insanlar təkrar Vanqanı xatırlayacaqlar.
2130– Yadplanetlilərin tövsiyəsilə su altında yaşayış koloniyaları salınacaq.
2154– Heyvanlar yarı insana çevriləcəklər.
2167– Yeni bir din ortaya çıxacaq.
2170– Yer kürəsində böyük quraqlıq və qıtlıq başlayacaq.
2183– Marsdakı nüvə koloniyasında xalq formalaşacaq və Yer kürəsindən müstəqillik istəyəcək.
2201– Günəşdəki termonüvə reaksiyaları zəifləyəcək.
2256– Kosmik səfərlər Yer kürəsinə yeni xəstəliklər gətirəcək.
2262– Planetlərin təbiəti ardıcıl dəyişməyə başlayacaq. Mars bir ulduzla toqquşmaq təhlükəsilə üzləşəcək.
2288– Zaman yolçuluğu başlayacaq, yad planetlilərlə yeni təmaslar olacaq.
2299– Fransada islama qarşı üsyan başlayacaq.
2480– İnsanın süni yaratdığı iki günəş toqquşacaq. Dünya yenidən qaranlıqda qalacaq.
3005– Marsda savaş başlayacaq.
3797– Yer kürəsindəki bütün canlı həyat məhv olacaq. İnsanlar Günəş sistemində yeni yaşayış yerləri axtarmağa başlayacaqlar.