Bir nəfər Sokratdan soruşur:
- Bilirsən dostun sənin haqqında mənə nə deyib?- Dayan, - Sokrat onu dayandırdı,- demək istədiyin sözü əvvəlcə üç ələkdən keçir.
- Üç ələkdən?
- Hə. Bir sözü deməmişdən əvvəl onu üç dəfə ələmək lazımdır. Əvvəlcə, həqiqət ələyindən keçir. Sən əminsən ki, bu, həqiqətdir?
- Yox, bunu yalnız eşitmişəm.
- Demək, sən bilmirsən bu, doğrudur, ya yox. İndi həmin sözü ikinci ələkdən-xeyirxahlıq ələyindən keçirək. Sən mənim dostum haqqında yaxşı nəsə deyəcəksən?
- Yox, əksinə.
- Demək, - Sokrat davam edir, - onun həqiqət olduğuna əmin olmadığın halda onun haqqında nəsə pis söz deməyə hazırlaşırsan. Nəhayət, həmin sözü üçüncü, fayda ələyindən keçirək. Mənimçün sənin dediyin sözü eşitmək çoxmu vacibdir?
- Yox, bu, vacib deyil.
- Beləliklə, - Sokrat söhbəti tamamlayır, - sənin demək istədiyin sözdə nə həqiqət, nə xeyirxahlıq, nə də mənfəət, fayda var. Belə olan halda o sözü deməyə nə ehtiyac var?!