Türkiyədə maraqlı hadisə baş verib. Milli.Az "Haberler"ə istinadla bildirir ki, Konyanın Ilqın mahalında maldarlıqla məşğul olan İsmayıl kəsdiyi dananın mədəsindən 1900 türk lirəsi (təxminən 950 manat) tapıb.
İsmayıl başına gələnləri jurnalistlərə danışıb."Heyvan özünü qəribə aparırdı. Xəstələndiyini düşündüm, kəsdim ki, murdar olmasın. Mədəsindən paket tapdım. Açanda içindən 1900 lirə pul çıxdı. Pullar paketin içində olduğuna görə zərər görməyib".