Maraqlı hadisə Finlandiyanın Sipoo şəhərində baş verib.
Yaralı sincab yerli veterinar klinikasına gələrək xırda heyvanlar üzrə mütəxəssisin çiyninə dırmaşıb. Həkim bu fərasətli körpəyə baxıb.Həkimin sözlərinə görə, balaca heyvan vəziyyətin yaxşı olmadığını, kömək üçün müraciət etməyin vacibliyini başa düşüb.
Sincaba şprisdə su verib, sonra alma, armud, yulaf yarması, çovdar qoğalla yedizdiriblər. Bundan sonra əzginlik keçmiş, sincab özünü yaxşı hiss etməyə başlamışdır.
Veterinar hesab edir ki, sincabın burun qanaxmasına səbəb onun yuvadan yıxılması ola bilər.
Qaziler.az