Microsoft şirkətinin keçmiş prezidenti Bill Geyts və Berkshire Hathaway holdinqinin başçısı Uorren Baffet iri məbləğdə xeyriyyəçiliklə bağlı bir layihəyə imza atıblar. Onların təşəbbüsünün məqsədi - dünyanın zəngin insanlarını öz var-dövlətinin böyük hissəsini xeyriyyəçiliyə ianə etməyə sövq etmək idi.
Bu çağırışa müsbət cavab verənlər sırasında Facebook-un yaradıcısı Mark Zakerberg və onun xanımı Prisilla Çan da var. Geyts və Baffet kimi, onlar da öz var-dövlətini digəriləri ilə bölüşərək Amerika ənənəsinə riayət edirlər. Zakerberg və Çan bir çox xəstəliklərə 21-ci əsrin sonuna kimi müalicə tapmaq üçün 3 milyard dollar ianə ediblər ("Amerikanın səsi").