Yoxsulluğu insan orqanizminə təsirini ağır xəstəliyin meydana gəlməsi ilə müqayisə etmək olar.
Qaziler.az bildirir ki, Amerikanın Virdciniya universitetinin alimləri apardıqları araşdırmaya istinadən bu qənaətə gəliblər.Mütəxəssislər apardıqları yeni araşdırmalar zamanı müəyyən ediblər ki, kasıb adamlar imkanlı şəxslərə nisbətən fiziki ağrılardan daha çox əziyyət çəkirlıər. Bu onunla əlaqədardır ki, maliyyə çətinliyi birbaşa fiziki diskomfort təsiri və ağrılı həssaslıq yaradır.
Maliyyə çatışmamazlığı vəziyyətinə düşən insanlar öz həyatlarına olan nəzarəti itirdiklərini hiss etməyə başlayırlar. Bu da müxtəlif anomaliyaların inkişafına səbəb olur, depressiyanın yaranmasına gətirib çıxarır.