Rusiyanın "Birinci” kanalının azərbaycanlı aparıcısı İradə Zeynalova ikinci dəfə ərə gedib.
O, hərbi müxbir Aleksandr Yevstiqneyev ilə ailə qurub. Toy mərasimində cütlüyün ailə üzvləri, yaxın dostları iştirak edib.Toydan İradənin atasının Rusiyada yaşayan erməni əsilli rejissor Tiqran Keosayanla səmimi fotosu olub.
Qeyd edək ki, A.Yevstiqneyev bundan əvvəl müxbir Natalya Ustyuqova ilə evli olub. İ.Zeynalova isə jurnalist Aleksey Samolyotov ilə 10 il ailəli olub və 2015-ci ildə boşanıb. Onun bu nikahdan Teymur adlı oğlu var. (Axşam.az)
İradə Zeynalovanın atası Tiqran Keosayan və Marqarita Simonyanla