İşığa 85% qənaət edən Wi-Fi qurğusu yaradıldı

İşığa 85% qənaət edən Wi-Fi qurğusu yaradıldı backend

ABŞ alimləri minimum elektrik enerjisi ilə işləyən Wi-Fi ötürücüsü yaradıblar. İKT.lent.az-ın Vladtime.ru-ya istinadən xəbərinə görə, ixtiraçılar yeni nəsil Wi-Fi-ın işığa 80-85% qənaət etdiyini bildirirlər.


Bu zaman informasiya verilişi də yüksək səviyyədə qalır və saniyədə 50 meqabitə bərabər olur.

Vaşinqton Universitetinin alimləri bildiriblər ki, yaxın vaxtlarda yeni standartları dəstəkləyən xüsusi qurğular sınaqdan keçiriləcək.

Yenilik Vankuverdə keçiriləcək sərgidə dünya ictimaiyyətinə təqdim olunacaq.
Diaspora