120 yaşlı oğlan uzunömürlülüyün sirrini açdı

120 yaşlı oğlan uzunömürlülüyün sirrini açdı backend

Hindistanlı rahib Svami Şinavanda dünyanın ən yaşlı bakiri sayıla bilər.

Bu yaxınlarda onun 120 yaşı tamam olub. Bu illər ərzində o, özünü çətinliklərlə bir növ sınağa çəkib, yeməkdə ədviyyatlardan imtina edib, seksi gündəlik yoqa ilə əvəzləyib.

Hindistanlı pasportuna görə, 8 avqust 1896-cı ildə anadan olub. Əgər bu informasiya öz təsdiqini tapsa Şinavanda dünyanın ən yaşlı adamı kimi tanınacaq.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, kasıb ailədə böyüyən bu hindli indiyə qədər başını yastıq əvəzinə daşın üzərinə qoyaraq döşəmədə yatır. Onun bildirdiyinə görə, hər gün 4 saat olmaqla yoqa ilə məşğul olur.
Diaspora