Yaxşı, yoxsa pis? - ŞƏNBƏ HEKAYƏSİ

Yaxşı, yoxsa pis? - ŞƏNBƏ HEKAYƏSİ backend

Bir kişi meşədə vəhşi at görür, onu evə gətirir.

Atı görən qonşular ona həsəd aparır: Sənin bəxtin gətirib!

"Bilmirəm bəxtim gətirib, ya yox..."-deyə kişi cavab verdi.

Onun oğlu ata minir, sən demə, at tərs heyvan imiş, onu yıxır və oğlanın hər iki ayağı sınır.

-Ah, nə böyük bədbəxtlik! - qonşular qışqırırlar.

"Bilmirəm bu, pisdir, yoxsa yaxşıdır", - deyə kişi eyni çavabı verir.

Tezliklə müharibə başlayır və qonşuların döyüşə yararlı uşaqlarını cəbhəyə aparırlar və onlar döyüşlərdə həlak olurlar.

-Səninçün yaxşı oldu, oğlun salamat qaldı, - övladsız qalan qonşular həsədlə bildirirlər.

- Bilmirəm, bu yaxşıdır, yoxsa pis - deyə kişi yenə də həmişə dediyi sözü təkrarlayır...

Qaziler.az
Diaspora