Bu ölkələrin maraqlı qadağaları var

Bu ölkələrin maraqlı qadağaları var backend

Axşam.az xarici KİV-ə istinadən dünyanın bəzi ölkələrində qoyulan qadağalar haqqında məlumat verir:

Avstraliya - əgər siz energetika elmi təhsilinə sahib deyilsinizsə, elektrik lampanızı dəyişdirə bilməzsiniz.

Dubay - Ramazan ayında iftardan əvvəl yemək yeyənlərə əvvəlcə xəbərdarlıq edilir, daha sonra həbs cəzası verilir.

İsrail – bu ölkədə qeyri-qanuni radio yayımı etmək olmaz. Lakin bu yola əl atanlar yayımı 5 il davam etdirməyi bacarsalar, onlara rəsmi yayıma icazə verilə bilər.

ABŞ-ın Ohayo ştatı - sərxoş ikən balıq yemək qadağandır.

ABŞ-ın Arkanzas ştatı - böcəklər daxil heç bir canlının öldürülməsinə icazə verilməyən bu ştatda ərin arvadını ayda bir dəfə döyməsi normal qarşılanır. Eyni zamanda, burada bazar günləri paltar asmaq, avtomobil yumaq, ot biçmək qadağandır.

İtaliya - yumruq atmaq olmaz.

London - Milli Məclis binasının içində ölmək qadağandır.

İsveçrə - axşam saat 10-dan sonra tualetdəki sifonu çəkmək olmaz.

Sinqapur - saqqız çeynəmək qadağandır.
Diaspora