“Casio” şirkəti aşağı səviyyəli işıqlandırmanın olduğu məkanlarda çəkiliş aparmaq üçün nəzərdə tutulan yeni kamera (Exilim FR110H) istehsal edib. İKT.lent.az-ın xəbərinə görə, kameranın köməyi ilə qaranlıq yerlərdə HD-video, eləcə də “İSO 51200” maksimal səviyyəli foto çəkmək mümkündür. Cihaz cəmi 1,9 meqapiksellik datçik”lə təchiz olunub. “Bəli, biz artıq 2017-ci ilə çatmışıq və hələ də smartfonun fotokamerasından daha aşağı həllə malik fotokameralar buraxılır. Lakin “Casio”nun bunun üçün səbəbi var: zəif işıqlandırmanın olduğu yerlərdə çəkiliş üçün aşağı meqapiksel daha yaxşıdır”, - deyə şirkət nümayəndəsi bildirib.
Kamera F/2,8 işıq gücünə malik obyektivə malikdir.
Yeni cihaz gələn həftə Yaponiyada satışa çıxarılacaq. Hələlik onun qiyməti açıqlanmayıb.
Qeyd edək ki, “Casio” fotokameralar, planşetlər, musiqi alətləri, qol saatları, audio avadanlıqlar istehsal edən Yaponiya şirkətidir.