Dekabrın 1-də anadan olmasının 120 ili tamam olan "Qələbə marşalı" adlandırılan Georgi Jukovun hərbi şücaətləri çoxlarına bəlli olsa da onun şəxsi həyatı haqda məlumatı olanların sayı olduqca azdır.
O, iki dəfə rəsmi, iki dəfə isə vətəndaş nikahında olub. Onun bu "əxlaqsız həyat tərzi" bir neçə dəfə ictimai qınaq mövzusu olmasına baxmayaraq marşal Jukov hərbi dövr şəraitində lazım bildiyi kimi yaşayıb və sevdiyi qadınları döyüş rəfiqələri deyil, özünün arvadı adlandırıb.Gənc Georgi Jukov
Hesab edilir ki, Georgi Jukovun ilk sevgisi 1919-cu ildə yaralandıqdan sonra müalicə olunduğu xəstəxanada tanış olduğu tibb bacısı Mariya Voloxova olub. Onların romanı Jukov cəbhəyə qayıdana qədər davam edib.
1920-ci ilin sonunda gələcək marşal Voroneş vilayətindəki eskadrona başçılıq edərkən orada sonradan birinci arvadı olacaq Aleksandra Zuykovanı görür. Jukov onu öz batalyonunda kargüzar kimi işə düzəldir. Lakin qadın ərindən geri qalmayaraq daim onun arxasınca gedir. Qeyd edək ki, bu qadın Jukovu son nəfəsinə qədər sevərək ona ömrü boyu sadiq qalıb.
Marşal Jukov və arvadı Aleksandra Zuykova
Marşal Jukov ailəsi ilə
1923-cü ildə Jukov Minskdə yerləşən polka komandir təyin edilir. Həmin vaxt Mariya Voloxova orada yaşayırdı. Onların hissləri yenidən alovlanır. 6 il ərzində Jukov faktiki olaraq iki evdə yaşayır. 1929-cu ilin əvvəlində Zuykuvanın Jukovdan qızı dünyaya gəlir. Yarım ildən sonra Voloxova da Jukova bir qız övladı hədiyyə edir. O, hər iki qızına - Era və Marqaritaya öz soyadını verir.
Marşal Jukov arvadı Aleksandra Zuykova və qızları Era və Ella ilə
Jukov ailəsi ilə
Belə olduqda Aleksandra Zuykova ərini geri qaytarmaq üçün kənar şəxslərə müraciət edir: o, partiya təşkilatına Jukovun onunla rəsmi olaraq nikaha girməsini tələb edən ərizə yazır. Sərkərdə üçün bu qalmaqal töhmətlə bitir. Bu isə onunçün partiyadan, ardınca isə ordudan çıxarılmaqla nəticələnə bilərdi. Buna görə də marşal Aleksandra Zuykovanın yanına qayıtmalı olur. Mariya qızı ilə birlikdə çıxıb gedir və tezliklə ailə qurur. Jukovun və Zaykovanın isə Ella adlı ikinci qızları dünyaya gəlir.
Yelena Yakovleva "Jukov" serialında Aleksandra Zuykova rolunda
Jukov qızları Era və Ella ilə
Böyük Vətən Müharibəsində Jukov onun ikinci vətəndaş nikahlı arvadı olan Lidiya Zaxarova ilə qarşılaşır və bütün müharibə yolunu onunla keçir.
Marşal müharibədən sonra da Lidiya Zaxarova ilə qalır. Moskvadan Aleksandra Zaykova gələnə qədər onlar Odessada bir yerdə yaşayırlar. 1948-ci ildə Mərkəzi Komitəyə Jukovun adyutantı A.Semoçkin tərəfindən böhtan daxil olur. Adyutant rəisini "müharibə vaxtı onları döyüş ordeni ilə tətif etdikdən sonra xidməti otaqda müxtəlif qadınlarla əxlaqsızlıq etməkdə" ittiham edir. Jukov özünü yalnız Zaxarova ilə münasibətdə günahkar hesab etdiyini etiraf edir, lakin ondan ayrılmır da.
G. Jukov və Qalina Semyonova
Jukov Sverdlovskida özünün sonuncu məhəbbətinə - hərbi həkim Qalina Semyonovaya rast gələndən sonra Zaxarova Moskvaya gedir. Qalina ondan 30 yaş kiçik idi. Onların romanı yeni qalmaqala səbəb oldu. Lakin bu da marşalı saxlaya bilmədi. 1953-cü ildə Jukov evləndi. Lakin...Aleksandra Zuykova ilə. Onun müdafiə naziri məsələsi qalxanda hamı yenə də marşalın "iç üzü" haqqında danışmağa başlayır və ona qızlarının anası ilə evlənmək təklif olunur.
Jukov qızı Mariya ilə, 1973-cü il
Georgi Jukov arvadı Qalina və qızı Mariya ilə
1957-ci ildə Qalina Semyonova qızı Mariyanı dünyaya gətirir. Jukov məhz bu zaman boşanma qərarı verir. Zuykova təcrübədən keçirdiyi üsula yenidən əl atır və Xruşşova şikayət ərizəsi yazır. 1965-ci ilə, yəni Zuykovadan boşanmaya nail olana qədər Jukov yenidən iki ailədə yaşamağa davam edir. Həmin il Qalina Semyonova rəsmi olaraq Jukovun həyat yoldaşı olur. Bu, marşalın ikinci rəsmi evliliyi idi. Lakin iki ildən sonra Qalinaya xərçəng diaqnozu qoyulur. Jukov isə insult keçirir...
Onlar ağır xəstə olsalar da son günə qədər birlikdə yaşadılar. 1973-cü ildə Qalina vəfat etdi. Əri bu dərdə yalnız yarım il dözə bildi. Jukov Qalina Semyonovanın yanında dəfn olunmasını vəsiyyət etsə də Brejnyev onu külünün olduğu qutunu Kremlin divarı yanında dəfn etmək qərarını verir.
M.Ulyanov marşal Jukov rolunda
Marşal Jukov
Müharibə vaxtı Jukov yoxsulluqdan şöhrətə, etirafdan həbsxanaya qədər yol keçən Lidiya Ruslanova ilə dostluq münasibəti yaşayıb.
Arzu Səlim
Qaziler.az
ı