Canlılar dünyanı necə görür?

Canlılar dünyanı necə görür? backend

Canlıların dünyanı insanlardan fərqli rənglərdə görür.

Qaziler.az bəzi heyvanların, quş, balıq və həşaratların dünyanı necə gördükləri ilə bağlı fotoları təqdim edir:

Pişik
Bir müddət əvvəl pişiklərin dünyanı qara-ağ gördüyü düşünülürdü. Ancaq son araşdırmalar bunun əksini sübut etdi. Pişiklərdə də bəzi insanlarda olduğu kimi qırmızı-yaşıl rəng korluğu var. Buna görə pişiklər yalnız mavi və yaşılın çalarını seçə bilirlər.

Arı
Arıların görmə sistemi insanın görmə sistemindən 10 qat daha üstündür. Gözləri beyinlərinə hər saniyə 70 min qədər görüntü göndərir. İnsanın gözü qırmızı, yaşıl və mavi tonlarını kəskin görərkən, arılar sarı, mavi və ultrabənövşəyi işığa həssasdır. Arıların başlarının üzərində üçüncü gözü də vardır. Bunun hesabına ultrabənövşəyi şüalarını görə bilərlər.

Quş
Quşlar qırmızı, yaşıl, mavi və ultrabənövşəyi şüalarını görə bilir. Yırtıcı quşlar insanlardan daha iti görmə qabiliyyətinə malikdir. İri yırtıcı quşlar bizdən 2,5 dəfə daha keyfiyyətli görür.

Zınqırovlu ilan
Zınqırovlu ilanların üz çuxurlarında istilik qəbulediciləri var. Bu sayədə ovlarının bədən istiliklərinin yaydığı infraqırmızı şüalarını görürlər. Buna görə də, ovlarını qısa müddətdə təsbit edəcək qədər həssasdırlar. Hətta bu həssaslıq o qədər çoxdur ki, çox uzaqlaşmış ovunun ayaq izlərindən yayılan istiliyi görərək, ovunun yerini tapa bilir.

Mürəkkəb balığı
Dünyanın ən böyük göz bəbəkləri nəhəng mürəkkəb balıqlarına aiddir. Digər canlılardan ən az üç qat daha böyük gözə sahibdirlər. Bu gözlər yaxını yaxşı görmür, ancaq qaranlıqda azacıq parlaqlığı 120 metr kənardan fərqinə varır. Mürəkkəb balığı kar olduğu üçün balinaların çıxardığı yüksək səsləri eşitmir. Sağ qalmaq üçün gözlərini istifadə edirlər. Və onlar yalnız boz tonlarında görür.

Diaspora